Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Mərakeş Krallığında, Tunis Respublikasında, Mavritaniya İslam Respublikasında, Seneqal Respublikasında, Mali Respublikasında, Qambiya Respublikasında və Portuqaliya Respublikasında fövqəladə və səlahiyyətli səfiri Sabir Məmməd oğlu Ağabəyovu vəzifələrindən geri çağırılması haqqında sərəncam imzalayıb.
Modern.az prezidentin rəsmi saytına istinadən xəbər verir ki, ölkə başçısının digər sərəncamı ilə Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığında və İraq Respublikasında fövqəladə və səlahiyyətli səfiri Elman Həmid oğlu Araslı da geri çağırılıb.