Modern.az

İranda tutulan azərbaycanlı şairlər üçün imzatoplama kampaniyası başladı

İranda tutulan azərbaycanlı şairlər üçün imzatoplama kampaniyası başladı

14 İyul 2012, 13:35

İranda həbsdə olan gənc şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadə üçün imzatoplama kampaniyasına başlanılıb. Modern.az xəbər verir ki, “İRƏLİ”  İctimai Birliyi bu kampaniyaya start verib. Birlik  bütün dünya ictimaiyyətinə, QHT-lərə, insan hüquqları müdafiəçilərə və gənc fəallara müraciət edərək 2 aydan çoxdur İranda əsassız yerə ittiham olunaraq, saxlanılan gənc şairlərin azad olunmasına dəstək göstərməyə çağırıb.

Qeyd edək ki, azərbaycanlı şairlər  2012-ci il aprelin 29-da poeziya festivalında iştirak etmək üçün İran İslam Respublikasına səfər ediblər. Lakin onlar tədbirdə iştirak etdikdən sonra mayın 2-də Azərbaycana qayıtmağa hazırlaşarkən İranın Təbriz şəhərində mülki geyimli naməlum şəxslər tərəfindən oğurlanıb saxlanılıblar.

Həmvətənlərimizə dəstək olmaq üçün  bu linkə daxil olmaq lazımdır:

//www.gopetition.com/petitions/demand-of-immediate-release-of-2-citizens-of-the-republ.html

Sevinc İltifatqızı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək