“APA Holding”ə məxsus lent.az və kulis.az saytlarına iki gündür daxil olmaq mümkün deyil. Modern.az xəbər verir ki, yaranan texniki problemlərə görə “APA Holding” açıqlama yayıb.
Bildirilir ki, holdinqin informasaysiya texnologiyaları departamentinin məlumata görə, problem saytların Almaniyada müvəqqəti yerləşdirildiyi data mərkəzdə baş verib. Data mərkəzdə yaranmış texniki problem nəticəsində saytların yerləşdirildiyi serverin yaddaş diskləri sıradan çıxıb və saytlara daxil olmaqda problem yaranıb.
Hazırda problem aradan qaldırılıb. Saytlarda məlumat yenilənməsi aparıldıqdan sonra yaxın saatlarda lent. az və kulis. az oxucuları bu mənbələrdən məlumat ala biləcəklər.
”APA Holding” baş vermiş problemə görə, oxucularından üzr istəyir və təəssüfünü ifadə edir.
Qeyd edək ki, lent.az saytı 2008-ci ildə fəaliyyətə başlayıb. Kulis. az internet dərgisi 2011-ci ildə yaranıb.
Modern.az