Modern.az

Milli Məclisdə iki dövlət qurumu arasındakı mübahisədən danışdılar

Milli Məclisdə iki dövlət qurumu arasındakı mübahisədən danışdılar

Təhsil

17 İyul 2012, 15:38

Modern.az xəbər verir ki, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə Təhsil Naziirliyi arasında gedən çəkişmələrə münasibət bildirib.

“Bu məsələ haqqında o qədər də danışmaq istəməzdim. Lakin bunun digər tərrəfdən stabil cəhəti də var. Bu gün elmsiz, təhsilsiz heç bir cəmiyyət və dövlət öz gələcəyini təsəvvür edə bilməz. Bu mübahisələr rəqabət qabiliyətindən və davamlı inkişafdan baş verən bir məsələdir. Elm və təhsil inkişaf etməsə, irəliləyişə nail olmaq olmaz. Bu mənada təbii ki, fikir ayrılığı, diskussiya olmalıdır və nəticədə ən optimal variant seçilməlidir”.

Bu məsələyə fikir bildirən vitse-spiker Bahar Muradova TQDK və Təhsil nazirliyi arasındakı söhbətllərin daha çox media tərəfindən süni şəkildə şişirdildiyini bildirib.

“Bu məsələ yalnız mətbuatda geniş müzakirə olunur. Onlar bunu süni şəkildə şişirdirlər”.

Anar Kəlbiyev

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?