Modern.az

Prezident 150 dollar cərimələnib

Prezident 150 dollar cərimələnib

Təhsil

17 İyul 2012, 16:22

Rusiya prezidenti Vladimir Putinə 150 dollar cərimə kəsilib. Modern.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, prezidentə məxsus xidməti avtomibilin dövlət nömrə nişanı olmayan şəkilləri internetdə yayımlanıb.

Yol polisi əməkdaşlarının araşdırması zamanı məlum olub ki, internetdə yayımlanan fotolar Putinə məxsus avtomobilə aiddir.

Moskva Yol Polisi Xidmətinin açıqlamasına görə,  Putinin sürücüsü yol qaydasını pozaraq prezidentə məxsus maşının  nömrəsiz fotolarını internetdə yerləşdirib.

Qanunvericiliyə əsasən bununla bağlı  beş min rubl (150 dollar) pul cəzası və ya 1-3 ay müddətinə həmin avtomobilə əl qoyulması gözlənilir.

Hadisəyə reaksiya verən Putinin mətbuat katibi Dmitri Peskov "Burada yol qaydalarının pozulduğunu söyləyə bilmərik. Çünki Dövlət Qoruması ilə əlaqədar qanun var", -deyə bildirib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?