Modern.az

TQDK-nın səlahiyyətləri atırılıb

TQDK-nın səlahiyyətləri atırılıb

Təhsil

17 İyul 2012, 21:05

Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Modern.az prezidentin rəsmi saytına istinadən xəbər verir ki, fərmana əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyanın ali və оrta iхtisas təhsili müəssisələri üçün müəyyənləşdirdiyi tələbə qəbulu planının elan edilməsi və onun əsasında sənəd qəbulunu təşkil edilməsi TQDK-ya həvalə olunub.

Fərmandan irəli gələn məsələlərin həlli Nazirlər Kabinetinə tapşırılıb. Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin etməli və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?