Modern.az

ANAMA-nın 14 yaşı tamam oldu

ANAMA-nın 14 yaşı tamam oldu

Təhsil

18 İyul 2012, 12:56

Modern.az xəbər verir ki, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) yaradılmasından 14 il keçir. Hal-hazırda ANAMA-nın milli potensialı humanitar minatəmizləmə üçün bütün əsas resurs və vasitələrə: minaaxtaranlara, minaaxtaran itlərə, mexaniki minatəmizləmə maşınlarına, regional bazalara, təlim mərkəzlərinə, təlim, tədqiqat və keyfiyyətin təminatı qurumuna, xüsusi əməliyyat və çevik əməliyyat qruplarına malikdir.
2009-cu ildən başlayaraq ANAMA dövlət proqramına müvafiq olaraq ikitərəfli əlaqələr çərçivəsində Əfqanıstan, Gürcüstan, Tacikistan və Türkiyədən olan mütəxəssislər üçün təlimlər keçirib. Bu sahədə görülən işlər hal-hazırda da davam etdirilir. 2010-cu ildən bu günədək ANAMA, Türkiyə ərazilərində Humanitar Mina Aksiyasında rolunu təmin etməklə bərabər Türkiyənin “Nokta” şirkəti ilə müqavilə əsasında fəaliyyət göstərib, həmçinin “Makina və Kimya Sənayesi Qurumunun” mütəxəssislərinə çoxsaylı təlimlər keçirib. Türkiyə və Suriya arasındakı quru sərhədi boyunca icra olunacaq minatəmizləmə fəaliyyətlərinin icrasına hazırlıq məqsədi ilə Türkiyə Milli Müdafiə Nazirliyi tərəfindən keçiriləcək tenderdə iştirak etmək üçün ANAMA tərəfindən ciddi hazırlıq işləri görülərək sənədlər hazırlanıb və Türkiyə Milli Müdafiə Nazirliyi tərəfindən icra olunan qiymətləndirmə zamanı ANAMA yüksək nəticə əldə edərək tenderdə iştirak etmək hüququ qazanıb.

İndiyədək Agentlik tərəfindən 195.387.440 kv.m ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilən mina və PHS-lərin sayı 672.111-dir, təmizləmə əməliyyatları Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Gəncə, Tovuz, Göygöl, Tərtər və Abşeron rayonu Kirdağ Palçıq Vulkanları ərazisində, eyni zamanda Bakı şəhəri, Qaradağ rayonu Güzdək qəsəbəsində davam etdirilir. Əməliyyatlarda 484 mütəxəssis və 118 yardımçı heyət iştirak edir. Həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edir.  

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış