Modern.az

Türkiyə Dağlıq Qarabağdakı "seçkiləri" tanımayacaq

Türkiyə Dağlıq Qarabağdakı "seçkiləri" tanımayacaq

Təhsil

18 İyul 2012, 18:08

Türkiyə Dağlıq Qarabağ bölgəsində sabah keçiriləcək qondarma “prezident seçkiləri”ni tanımayacağını açıqlayıb. Modern.az-ın türk mətbuatına istinadən verdiyi məlumata görə, rəsmi Ankara iyulun 19-da Dağlıq Qarabağda təşkil edilməsi nəzərdə tutulan qondarma seçkiləri qınayaraq onun nəticələrini tanımayacağını açıqlayıb.

Nazirliyin yaydığı məlumata görə, ermənilərin Azərbaycan torpaqlarında qanunsuz olaraq seçki keçirməsi beynəlxalq hüquqa ziddir.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdar olduğunu bildirən nazirlik Cənubi Qafqazda sülh və sabitliyin qorunması üçün Ermənistanı beynəlxalq qanunvericiliyə riayət etməyə çağırıb.

Türkiyə Xarici İşlər Nazirliyi bir daha diqqəti Dağlıq Qarabağda iyulun 19-da keçiriləcək “prezident seçkiləri”ni tanımayacağını bəyan edib.

Anar RÜSTƏMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış