Modern.az

Putinin Əhməd Davudoğluna əl jesti narazılıq doğurdu - VİDEO

Putinin Əhməd Davudoğluna əl jesti narazılıq doğurdu - VİDEO

19 İyul 2012, 16:55

Vladimir Putinin əl işarəsi ilə Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlunu özünə tərəf çağırma forması Türkiyə cəmiyyətində narazılığa səbəb olub. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, Kreml sarayında baş nazir Ərdoğanla görüş əsnasında baş verən kuryoz hadisə Türkiyənin müxalifət partiyasının üzvləri tərəfindən xarici işlər nazirinə qarşı təhqir kimi qarşılanıb.

Türkiyənin Milli Hərəkət Partiyasının sədr müavini Oqtay Vural “Fox” telekanalına müsahibəsində bildirib ki, Ə.Davutoğlu son vaxtlar dünya liderləri arasında sanki oyuncağa çevrilib. “Elə təəssürat oyanır ki, o, Türkiyə dövlətinə yox, dünya ölkələri liderlərinə xidmət edir”.

Xatırladaq ki, daha əvvəl ABŞ prezidenti Barak Obamanın Ə. Davutoğluna qarşı eynən bu cür hərəkəti türk mediasının marağına səbəb olmuşdu.



Aygün Asifqızı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış