Modern.az

“Abituriyent “jurnalında səhvə yol verilib

“Abituriyent “jurnalında səhvə yol verilib

19 İyul 2012, 17:36

TQDK “Abituriyent “ jurnalındakı səhvlə bağlı xəbərdarlıq edir

“Abituriyent” jurnalının 2012-ci il 3-cü sayında bəzi texniki səhvlərə yol verilib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, jurnalın 3-cü sayında dərc olunmuş qəbul aparılan ixtisaslar bölməsində kodlarda bir neçə texniki səhv qeydə alınıb.

Qeydə alınan düzəlişlər TQDK-nın rəsmi saytında yerləşdirilib.

 

Anar RÜSTƏMOV 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış