Modern.az

Müflisləşmiş “Röyal Bank”ın əmanətlərinin qaytarılması 3 banka həvalə olundu

Müflisləşmiş “Röyal Bank”ın əmanətlərinin qaytarılması 3 banka həvalə olundu

19 İyul 2012, 18:14

Əmanətlərin Sığortalanması Fondundan “Royal Bank” ASC-nin əmanətçilərinə şad xəbər. Modern.az Fondun rəsmi saytına istinadən xəbər verir ki, Əmanətlərin Sığortalanması Fondu ictimaiyyətin diqqətinə çatdırır ki, 07 avqust 2007-ci ildən Fonda üzv olan “Royal Bank” ASC-də 16 iyul 2012-ci il tarixində sığorta hadisəsi baş verib.

Fondun Himayəçilik Şurasının 18 iyul 2012-ci il tarixli qərarına əsasən sığorta hadisəsi baş verən “Royal Bank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün agent bank olaraq “Muğanbank” ASC, “Bank Respublika” ASC və “AGBank”ASC seçilib. Avqustun 1-dən  etibarən Əmanətlərin Sığortalanması Fondu  seçilən agent bankalar vasitəsi ilə sığorta hadisəsi baş verən  “Royal Bank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənişinə  başlayacaq. Seçilən agent bankların kompensasiyaların ödənilməsində iştirak edəcək filialları, onların dəqiq ünvanları və əlaqə telefonları barədə əlavə məlumat veriləcək. Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanan  əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödənilir.

Əlavə məlumatları Fondun rəsmi internet səhifəsi olan www.adif.az saytından və ya Fondun Bakı şəhəri, Bül-Bül prospekti 40 ünvanında yerləşən ofisindən əldə edə bilər. Məlumat almaq üçün Fondun əlaqə nömrələri: (012) 596 65 91/92/93 və “941” qaynar xətt.

Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış