Modern.az-ın məlumatına görə, Azərbaycanın iki təmsilçisi "Xəzər Lənkəran" və "İnter" klubları da ilk oyunlarına çıxıb.
"Xəzər Lənkəran" öz meydanında Polşanın "Lex" klubu ilə qarşılaşıb. Lənkəran təmsilçisi doğma meydan amilindən maksimum yararlanmaqla görüşdən sərfəli nəticə ilə ayrılmağa nail ola bilməyib. Hərəyə bir dəfə fərqlənən komandalar görüşdən sülhlə ayrılıb - 1:1.
Digər təmsilçimiz Bakının "İnter" klubu da öz meydanında oynayıb, Yunanıstanın "Asteras Tripolis" komandasını qəbul edib. “İnter” də bu oyunda rəqibini əliboş yola sala bilməyib. Görüş sülhlə başa çatıb - 1:1.
Qeyd edək ki, bu komandalar arasında cavab oyunları bir həftə sonra - iyulun 26-da keçiriləcək.
Modern.az