Modern.az

Heydər Əliyev Mərkəzindəki yanğınla bağlı cinayət işi açılıb

Heydər Əliyev Mərkəzindəki yanğınla bağlı cinayət işi açılıb

Təhsil

20 İyul 2012, 14:36

Heydər Əliyev Mərkəzində baş verən yanğın hadisəsi ilə bağlı cinayət işi başlanıb. Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı rəsmi məlumata görə, bu gün 20 iyul 2012-ci il tarixdə saat 11-30 radələrində Bakı şəhəri, H.Əliyev prospektində yerləşən Heydər Əliyev Mərkəzinin muzey hissəsinin tavanında yanğın hadisəsinin baş verməsi haqqında məlumat daxil olub.

Dərhal hələlik səbəbi bəlli olmayan yanğın hadisəsinin qarşısının alınması məqsədi ilə Fövqalədə Hallar Nazirliyinin şəxsi heyəti və maşın, mexanizm, helikopterləri cəlb edilməklə qarşısı alınmış, yanğının genişlənməsinə və binanın içəri hissəsinə keçməsinə imkan verilməyib.

Heydər Əliyev Mərkəzinin tavanından başqa, binanın içərisinə, zallarına və digər yerlərinə heç bir zərər dəyməyib. Eyni zamanda yanğınsöndürənlərdən və binanın mühafizə işçilərindən də  xəsarət alan olmayıb.

Bildirilib ki,yanğının baş vermə səbəblərinin istintaq yolu ilə araşdırılması məqsədilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə (yanğın təhlükəsizliyi qaydalarının pozulması) Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi başlanmış, istintaq-əməliyyat qrupunun tərkibinə Fövqəladə Hallar Nazirliyinin Yanğınların təhqiqatı və sınaq laboratoriyasının mütəxəssisləri, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri və digər hüquq mühafizə orqanlarının təcrübəli əməkdaşları daxil edilibdir.

Yanğının baş vermə səbəbləri və araşdırmanın nəticələri haqqında ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?