Modern.az

Həmsədrlər qondarma “seçkilər”lə bağlı bəyanat yayıb

Həmsədrlər qondarma “seçkilər”lə bağlı bəyanat yayıb

Təhsil

20 İyul 2012, 12:49

ATƏT-in Minsk qrupu həmsədrləri Dağlıq Qarabağ bölgəsində keçirilən qondarma “prezident seçkiləri” ilə bağlı bəyanat yayıblar. Modern.az-ın məlumatına görə, bəyanatda bildirilib ki, dünyanın heç bir ölkəsi Dağlıq Qarabağı müstəqil və suveren dövlət kimi tanımır.

Həmsədrlər vurğulayıblar ki, iyulun 19-dakı prosedur heç bir şəkildə Dağlıq Qarabağın yekun hüquqi statusunu və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə hazırki danışıqların nəticələrini müəyyən etmir.

Qeyd edək ki, dünən separatçı rejim tərəfindən Dağlıq Qarabağda qondarma “prezident seçkiləri”həyata keçirilib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?