Modern.az

İcra başçısı hesabat verdi

İcra başçısı hesabat verdi

Təhsil

20 İyul 2012, 15:25

Xəzər rayonunda  2012-ci ilin birinci rübünün yekunları və qarşıda duran vəzifələrlə bağlı hesabat yığıncağı keçirilib. Yığıncağı giriş sözü ilə açan Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov  məruzə ilə çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir ki, bölgələrlə bərabər Bakıətrafı qəsəbələrin də sosial- iqtisadi inkişafı surətlə davam etdirilir. Ötən dövrdə yenidənqurma işləri Xəzər rayonunda da uğurla davam etdirilib.
Hesabat dövrü ərzində rayon ərazisində tikinti və quruculuq işləri davam etdirilib, küçə və meydanlar, parklar abadlaşdırılıb, ayrı-ayrı ictimai binalarda, əsas yollarda, qəsəbədaxili küçələrdə təmir işləri aparılıb və yenidən qurulub, su və kanalizasiya sistemləri yeniləşdirilib,  yeni xidmət və istehsal müəssisələri, bir sıra sosial-mədəni obyektlər tikilərək əhalinin istifadəsinə verilib.
İcra başçısı Gülağa İslamov məruzəsinə yekun vuraraq, ölkə Prezidentini  əmin edib ki, Xəzər rayonunun sakinləri İlham Əliyevin qətiyyətinə, inam və nikbinliyinə, müdrik siyasətinə arxalanaraq, dövlət qarşısında duran mühüm və şərəfli vəzifələrin yerinə yetirilməsində daim iştirakçı olmaqla yanaş, fəal olacaqlarını bildirinlər.
Hesabat yığıncağında, Milli Məclisin deputatı Rauf Əliyev, Xəzər rayonu Yeni Azərbaycan Partiyasının sədri Namiq Əhmədov  iştirak və çıxış edib.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?