Modern.az

“Azərsu” yenə işçi axtarır - Elan

“Azərsu” yenə işçi axtarır - Elan

20 İyul 2012, 15:40

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri üzrə işlərdə tikintiyə texniki nəzarəti həyata keçirmək üçün müvafiq ixtisaslı işçilərin işə qəbulunu elan edir.  

Qurumdan bildirilib ki, bu kateqoriyadan olan işçilər tikinti-quraşdırma işləri ilə əlaqədar planın tutulması, işlərin istehsalat planına, normativ sənədlərə uyğun olaraq texnoloji ardıcıllıqla və keyfiyyətlə icrasına nəzarət edir, layihə-smeta sənədləri üzrə arayış, çertyoj və hesabatlar hazırlayır. Tələblərə görə namizədlərin inşaat mühəndisliyi üzrə ali təhsili, bu sahədə minimum 3 il iş təcrübəsi olmalıdır. Namizədlər tikinti işlərinin aparılmasına dair metodik və normativ sənədləri, inşaat işlərinin təşkili və  planlaşdırılması prinsiplərini, inşaat norma ve qaydalarını, eləcə də texniki şərtləri bilməlidir. Bununla yanaşı namizədlər müvafiq kompyuter biliklərinə (MS Office, İnternet, Outlook. AutoCAD)  malik olmalıdır.  Maraqlananlar şəxsi məlumatlarını (CV) [email protected] e-mail ünvanına göndərə bilərlər. Əlavə məlumat üçün əlaqə telefonu (012) 431-47-67.  Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış