Goranboy rayonunda bədbəxt hadisə nəticəsində iki nəfər ölüb. Modern.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Goranboy rayonu, Goran qəsəbəsində fiziki şəxs tərəfindən tikinti işləri aparılan zaman uçqun baş verib, 2 nəfər - 1992-ci il təvəllüdlü Sahil Teymur oğlu Hüseynov və 1992-ci il təvəllüdlü Şahin Azər oğlu Kərimov uçqun altında qalaraq ölüb. Aidiyyəti qurumlar hadisə barədə məlumatlandırılıbdır.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən təhqiqat aparılır.
Modern.az