Modern.az

Elşad İskəndərovun Ramazan planları açıqlandı

Elşad İskəndərovun Ramazan planları açıqlandı

Təhsil

20 İyul 2012, 17:47

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) yeni sədri Elşad İskəndərovun təşəbbüsü ilə hazırlanan Ramazan ayı ilə bağlı tədbirlər planı açıqlanıb. Komitənin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, DQİDK Ramazan ayında milli-mənəvi dəyərlərin düzgün təbliği baxımından maarifçilik işinin gücləndirilməsinə olan zərurəti, ölkədə tolerantlıq ənənələrinin gücləndirilməsi üçün bu ayın yaratdığı münbit şəraiti nəzərə alaraq, xüsusi tədbirlər planı hazırlayıb.

Əsasən milli-mənəvi dəyərlər sahəsində maarifləndirmə və vətənpərvərlik sahəsində işi nəzərdə tutan tədbirlər plan çərçivəsində dini icmaların üzvləri və dindarlarla birgə Şəhidlər Xiyabanının ziyarət edilməsi, “Cəmiyyət və Din” qəzetinin xüsusi buraxılışının çapı, İctimai Televiziyada yayımlanan “Din və Cəmiyyət” proqramının iki sayının Ramazan ayına həsr edilməsi nəzərdə tutulub.

Eyni zamanda, Ramazan ayı boyunca dini icmaların rəhbərləri və dindarlarla birgə şəhid ailələrinin ziyarət olunması, mərkəzi məscidlərdə müxtəlif mövzularda tədbirlərin təşkil edilməsi planlaşdırılıb. Bununla yanaşı, dini icmaların fəalları, ilahiyyatçılar, şəhid ailələri, Qarabağ qaziləri və ahılların iştirakı ilə təşkil olunacaq iftar süfrələrində iştirak edilməsi, müxtəlif səviyyəli görüşlər keçirilməsi də tədbirlər planına daxil edilib.

Ay ərzində Komitə rəhbərliyinin Bakıda və bölgələrdə yerli ictimayyətlə və dini icmalarla görüşlər keçirmək, mövcud problemlərlə tanış olmaq və maarifləndirmə işi aparmaq nəzərdə tutulub.

Mail Ağaxanov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?