Modern.az

Maliyyə Naziliyi dövlət büdcəsi barədə açıqlama yaydı

Maliyyə Naziliyi dövlət büdcəsi barədə açıqlama yaydı

Təhsil

20 İyul 2012, 19:07

2012-ci ilin 6 ayında dövlət büdcəsinin mədaxili 8134,4 mln. manat, xərcləri 7109,5 mln. manat olub, 1024,9 mln. manat məbləğində büdcə artıqlığı (profisit) yaranıb.

Bu barədə Modern.az-a Maliyyə Nazirliyin mətbuat xidməti məlumat verib. Nazirlikdən bildirilib ki, cari ilin ilk altı ayında dövlət büdcəsinin mədaxili 106,2 faiz icra olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 45,0 faiz və ya 2523,6 mln. manat çox olub.
Təsdiq olunan proqnoza Vergilər Nazirliyi 116,0 faiz, yəni büdcəyə 2967,5 mln. manat, ötən ilin eyni dövrünə nisbətən isə 404,6 mln. manat və ya 15,8 faiz çox vəsait təmin edib.
Dövlət Gömrük Komitəsi tərəfindən proqnoza 100,4 faiz əməl olunmaqla büdcəyə 557,2 mln. manat vəsait təmin edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 faiz və ya 14,8 mln. manat çoxdur. Dövlət Neft Fondundan büdcəyə 4592,3 mln. manat vəsait daxil olub. Sair daxilolmalar üzrə büdcəyə 17,4 mln. manat vəsait təmin edilib.   Cari ilin altı ayında dövlət büdcəsinin xərcləri 91,4 faiz icra edilib ki, bu da 2012-ci ilin müvafiq dövrünə nisbətən 2227,4 mln. manat və ya 45,6 faiz çox icra olunub.
İqtisadi təsnifata uyğun olaraq cari ilin altı ayı ərzində dövlət büdcəsi xərclərinin 32,3 faizi və ya 2299,7 mln. manatı sosial təyinatlı xərclərin maliyyələşdirilməsinə yönəldilməklə 2011-ci ilin eyni dövrü ilə müqayisədə 369,9 mln. manat və ya 19,2 faiz çox olub.
Funksional təsnifata uyğun olaraq 2012-ci ilin altı ayı üzrə ötən ilin eyni dövrü ilə müqayisədə Sənaye, tikinti və faydalı qazıntı xərclərinə 86,1 faiz (1164,6 mln. manat), İqtisadi fəaliyyətlə bağlı xərclərə 42,8 faiz (31,2 mln. manat), Sosial müdafiə və sosial təminat xərclərinə 42,1 faiz (283,5 mln. manat), Müdafiə xərclərinə 41,6 faiz (151,7 mln. manat), Mənzil və kommunal təsərrüfatı xərclərinə 39,8 faiz (36,7 mln. manat), Mədəniyyət, incəsənət, informasiya və bədən tərbiyyəsi xərclərinə 36,9 faiz (27,4 mln. manat), Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərclərinə 28,0 faiz (81,5 mln. manat), Nəqliyyat və rabitə xərclərinə 19,4 faiz (4,7 mln. manat), Ümumi dövlət xidmətləri xərclərinə 17,8 faiz (66,3 mln. manat), Səhiyyə xərclərinə 16,2 faiz (31,8 mln. manat), Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf münitin mühafizəsi xərclərinə 6,3 faiz (10,9 mln. manat), Təhsil xərclərinə 2,3 faiz (13,0 mln. manat) çox vəsait yönəldilib.

2012-ci ilin  altı ayında dövlət əsaslı vəsait qoyuluşu xərclərinə 2513,9 mln. manat vəsait yönəldilib. Həmin vəsaitdən təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 513,5 mln. manat, enerji, su təchizatı, qaz, nəqliyyat, kommunal, meliorasiya və bu qəbildən olan digər infrastrukturlarının tikintisinə, yenidənqurulmasına 1475,9 mln. manat vəsait yönəldilib.  

Bu ilin altı ayında icmal büdcənin gəlirləri 11407,0 mln. manat, xərcləri isə 8053,5 mln. manat icra edilib.

Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?