Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyulun 20-də 2012/2013-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə I ixtisas qrupu üzrə qəbul imtahanları keçirib. TQDK-nın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, I qrup üzrə keçirilən test imtahanlarının düzgün cavabları açıqlanıb. İmtahanımn düzgün cavabları qurumun rəsmi saytında yerləşdirilib.Nəticələri öyrənəmk üçün aşağıdakı linklərə daxil ola bilərsiniz.
Azərbaycan dili bölməsi üzrə - (//tqdk.gov.az/etalon2012/tq_a1.htm)
Rus dili bölməsi üzrə - (//tqdk.gov.az/etalon2012/tq_r1.htm)
Qeyd edək ki, imtahanlar respublikanın 6 şəhərində - Bakıda 37, Naxçıvanda 2, Gəncədə 6, Sumqayıtda 7, Şəkidə 3, Lənkəranda 4 binada keçirilib. Abituriyentlərə imtahan binalarının yerini müəyyən etməkdə kömək məqsədilə Komissiyanın internet saytında xüsusi xəritə-göstəricilərlə təchiz olunmuş, binaların ünvanlarının əks olunduğu proqram yerləşdirilib. Ümumilikdə 2012-ci ildə I qrup üzrə 33533 abituriyent ərizə təqdim edib. I ixtisas qrupu üzrə sənəd verənlərin 30803 nəfəri Azərbaycan bölməsinin, 2730 nəfəri isə rus bölməsinin məzunudur. Abituriyentlərin 19847 nəfərini oğlanlar, 13686 nəfərini isə qızlar təşkil edir.
Anar RÜSTƏMOV