Modern.az

Fövqəladə hallar nazirinin müavini Heydər Əliyev Mərkəzindəki yanğınla bağlı ilkin versiyanı açıqladı

Fövqəladə hallar nazirinin müavini Heydər Əliyev Mərkəzindəki yanğınla bağlı ilkin versiyanı açıqladı

21 İyul 2012, 00:45

Modern.az xəbər verir ki, fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev iyulun 20-də Heydər Əliyev Mərkəzində baş verən yanğınla bağlı ilkin ehtimal səsləndirib. Nazir müavini AzərTAc-a bildirib ki, mərkəzin muzey hissəsinin çardağında baş verən yanğın 2 saata qədər davam edib.

”Görülmüş tədbirlər nəticəsində yanğın söndürülmüşdür. Onu da qeyd etmək istəyirəm ki, muzeyin çardağının alt hissəsinə zərər dəyməmişdir. İlkin ehtimala görə yanğın qaynaq işləri görülən zaman baş vermişdir. Hazırda araşdırma aparılır”.

Məlumata görə, yanğının söndürülməsi nəticəsində Heydər Əliyev Mərkəzinin tavanından başqa binanın içərisinə, zallarına və digər yerlərinə heç bir zərər dəyməyib.

Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış