Milli Məclisin Sosial siyasət Komitəsinin sədri, deputat Hadı Rəcəbli 22 İyul – Milli Mətbuat günü münasibəti ilə Modern.az saytının kollektivini təbrik edib.
“ Mən Milli Mətbuat günü münasibəti ilə sizin kollektivinizi ürəkdən təbrik edirəm. Modern.az hər zaman bizə doğma olan bir informasiya agentliyidir. Eləcə də sizin timsalınızda Azərbaycanda sözə, qələmə qiymət verən bütün jurnalistləri səmimi qəlbdən təbrik edirəm. Hesab edirəm ki, jurnalistika mənəviyyat deməkdir. Çox sevindirici halddır ki, bu gün mətbuatımızda qələminə, sözünə və mənəviyyatına qiymət verməyi bacaran xeyli sayda jurnalistlərimiz var. Bu baxımdan mən bütün jurnalistlərə peşəkarlıq, mənəviyyat və ən əsası obyektivlik arzulayıram. Bir daha Modern.az-ın kollektivini təbrik edir, işlərinizdə bundan da böyük uğurlar arzulayıram”, - deyə H.Rəcəbli təbrikində bildirib.
Modern.az