Modern.az

Bakıda 37 dərəcə isti olacaq

Bakıda 37 dərəcə isti olacaq

Təhsil

22 İyul 2012, 15:33

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Temperatur gecə 22-25° isti, gündüz 32-37° isti olacaq.

Abşeronun çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zuğulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27°, Türkan, Hövsan, Sahil, Şıxda 26-27° isti olacaq.

Azərbaycan rayonlarında isə hava əsasən yağmursuz keçəcək, temperatur gecə 19-25, gündüz isə 30-38 dərəcə olacağı proqnozlaşdırılır.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?