Modern.az

Türkiyədə dəhşətli qəza, 5 əsgər şəhid oldu

Türkiyədə dəhşətli qəza, 5 əsgər şəhid oldu

23 İyul 2012, 11:08

Türkiyənin Hakkari vilayətində hərbi helikopter qəzaya uğrayıb. Modern.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Hakkarinin Yüksəkova bölgəsində enən əsgəri helikopterin mühərrikində ani nasazlıq yaranıb və pilot idarəetməni itirib. Nəticədə helikopterdə güclü partlayış olub . Dəhşətli qəza nəticəsində türk ordusunun 5 əsgəri şəhid olub, 7 əsgər isə yaralanıb. Yaralılar hospitallara yerləşdirilib. Helikopterdə ümumilikdə 15 nəfərin olduğu bildirilir.

Hazırda baş verən qəza ilə bağlı araşdırmalar aparılır.

Anar RÜSTƏMOV

Sizə yeni x var
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış