Modern.az

Daxili İşlər Nazirliyi Şəmkir hadisələrinə münasibət bildirdi

Daxili İşlər Nazirliyi Şəmkir hadisələrinə münasibət bildirdi

23 İyul 2012, 18:39

Şəmkir rayonunda baş verən xoşagəlməz hadisələrlə bağlı yayılan xəbərlərə Daxili İşlər Nazirliyi aydınlıq gətirib. DİN-nin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov Modern.az saytına bildirib ki,  rayonda heç bir  evə hücum edilməyib və heç kəs də xəsarət almayıb.


“Bunlar  hamısı  yalan informasiyadır. Sakinlər arasında  yayılan  bir  şayiədir. Bu söz-söhbət çıxan  gündən həmin hadisələr araşdırılıb, heç nə özünü doğrultmayıb. Bu, kimlərinsə sakinlər arasında yaydığı şayiədən  başqa heç nə deyil”.

Nazirlik rəsmisi dünən rayonda baş verən bıçaqlanma  hadisəsinə də  münasibət bildirib:  Doğrudur, dünən  gecə 00:30 radələrində  rayonda   bıçaqlanma hadisəsi baş verib. Naməlum şəxs xuliqanlıq zəminində Əhmədəliyev Cəfərə bıçaqla qol nahiyyəsindən  xəsarət yetirib. Şəmkir polisi dərhal hadisə yerinə gəlib, Şəmkir rayon Polis şöbəsində 221-ci maddə ilə cinayət işi qaldırılıb. Adi bir vətəndaşdır,  onun hansı işlə məşğul olduğunu bilmirəm. Onu deyə bilərəm ki, həmin hadisə ilə bağlı dərhal polis tərəfindən cinayət işi qaldırılıb”

Nihadə Eyyubova  
Sizə yeni x var
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış