Modern.az

Yeni telekanalların açılması məsələsi gündəmdə deyil – Nuşirəvan Məhərrəmli

Yeni telekanalların açılması məsələsi gündəmdə deyil – Nuşirəvan Məhərrəmli

Təhsil

24 İyul 2012, 10:27

“Uzun müddətdir ki, yeni televiziyaların yaradılması məsələsi gündəmdə yoxdur”. Bu sözləri Modern.az saytına açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib. Onun sözlərinə görə, bununla bağlı quruma müraciət edən də yoxdur.

“Hətta maddi-texniki bazası olub, bizə ərizə müraciət etsələr belə bu mümkün deyil. Çünki qayda-qanun var, Milli Teleradio Şurası hər hansı ərazidə yeni televiziyanın yaradılması ilə bağlı tender elan edir, müsabiqə keçirilir və müsabiqədə kim qalib olarsa? o da yeni televiziyanı aça bilər. Yaxın gələcəkdə belə bir plan da yoxdur. Son 7 ildə 4 yeni televiziya – İctimai, Xəzər, İdman, Mədəniyyət kanalları açılıb. Bu kifayət qədər böyük bir işdir və bunların daha da inkişaf etmələri lazımdır”, – deyə MTRŞ sədri vurğulayıb.

Aytən Əliyeva  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?