“Yaşar Nuri ayın sonu ölkəyə qayıdacaq”. Modern.az-a açıqlamasında bu sözləri xalq artisti Yaşar Nurinin qızı Ülkər Nuriyeva deyib. Onun sözlərinə görə, aktyor hazırda Türkiyədə müalicə alır. “Atam həm yoxlama üçün getmişdi, həm də müalicə alır”.
Qeyd edək ki, Yaşar Nuri iyul ayının əvvəllərində vəziyyəti pisləşdiyi üçün yenidən Türkiyəyə aparılıb.
Sevinc İltifatqızı