Modern.az

Fransa prezidenti “erməni soyqırımı”nı müzakirə edəcək

Fransa prezidenti “erməni soyqırımı”nı müzakirə edəcək

Təhsil

24 İyul 2012, 13:56

Fransa prezidenti Fransua Olland “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılması haqda qanun layihəsini Sarkozidən sonra ilk dəfə rəsmi olaraq müzakirəyə çıxaracaq. Modern.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, F.Olland iyulun 31-də sözügedən qanun layihəsi ilə bağlı bir qrup erməni nümayəndə heyətini qəbul edərək, genişmiqyaslı müzakirələrə başlayacaq.

Prezident seçkilərində verdiyi sözün üstündə durduğunu bildirən Ollandın sabiq dövlət başçısı Nikolya Sarkozinin başlatdığı dırnaqarası soyqırım layihəsinə bəzi dəyişikliklər edəcəyi gözlənilir.

Qeyd edək ki, Fransanın yeni prezident Fransua Olland seçki ərəfəsində “erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılması haqda qanun layihəsinin qəbul ediləcəyinə və bununla bağlı mühüm addımlar atılacağına dair seçiciləri qarşısında söz vermişdi.

Anar RÜSTƏMOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?