Modern.az

Səlim Müslümov jurnalistlər üçün müsabiqə elan etdi

Səlim Müslümov jurnalistlər üçün müsabiqə elan etdi

Təhsil

24 İyul 2012, 14:05


Dövlət Sosial Müdafiə Fondu kütləvi informasiya vasitələri üçün “Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu: İnkişafın 20 ili” mövzusunda müsabiqə elan edib. Müsabiqə Dövlət Sosial Müdafiə Fondunun 20 illik yubileyinin keçirilməsi ilə bağlı “Tədbirlər planı”na uyğun olaraq keçirilir. Müsabiqəyə 10 iyul 2012-ci il tarixdən 20 sentyabr 2012-ci il tarixədək Dövlət Sosial Müdafiə Fondunun son 20 ildə göstərdiyi fəaliyyətlə bağlı mətbuatda, saytlarda çap edilmiş analitik məqalələr, radio və televiziyada yayımlanmış verilişlər, süjetlər təqdim olunmalıdır.
           
Fonddan bildirilib ki, məqalələr 5 min işarədən, radio və televiziya verilişləri, süjetlər isə 5 dəqiqədən (müsabiqə dövründə ayrı-ayrı vaxtlarda verilmiş və ümumilikdə 5 qəqiqədən az olmayan telesüjetlər də təqdim oluna bilər) az olmamalıdır. Materiallar 20 sentyabr 2012-ci il tarixdən gec olmayaraq, hansı qəzet və jurnalda, saytda dərc olunduğu, radio və televiziya kanalında nümayiş etdirildiyi (tarix və nömrəsi) göstərilməklə Komissiyaya təqdim edilməlidir.
           
Müsabiqənin yekunlarına görə ən yaxşı məqalələrin və tele-radio materiallarının müəllifləri 2 nominasiya üzrə aşağıdakı qaydada mükafatlandırılacaqlar:

Qəzet və jurnallarda, saytlarda çap olunmuş ən yaxşı məqalələr üzrə:

1-ci yer – 800 manat

 2-ci yer – 500 manat

3-cü yer – 300 manat

Televiziya və radio kanallarında verilmiş ən yaxşı tele-radio verilişləri və telesüjetlər üzrə:

1-ci yer – 800 manat

 2-ci yer – 500 manat

3-cü yer – 300 manat

Hər iki nominasiya üzrə ümumilikdə 10 həvəsləndirici mükafat – cəmi 1000 manat məbləğində.

Qeyd edək ki, müsabiqəyə təqdim olunan yazıları və tele-radio materiallarını qiymətləndirməkdən ötrü DSMF-nin rəhbər və mütəxəssislərindən ibarət Komissiya yaradılmışdır.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?