Türkiyənin dünyaca məşhur “Kurtlar Vadisi – Pusu” serialının hansı kanalda yayımlanacağı artıq bəlli oldu. Modern.az-ın türk mətbuatına isitinadən verdiyi məlumata görə, TNT kanalı ilə razılaşma ləğv edildikdən sonra özünə kanal tapa bilməyən seriala yenidən Türkiyənin ATV kanalı yer ayırıb. Belə ki, növbəti mövsümdən etibarən “Kurtlar Vadisi - Pusu” ATV kanalında yayımlanacaq. Serial yenə həmişəki vaxtda cümə axşamı Bakı vaxtı ilə saat 22:00-da efirə gedəcək.
Növbəti mövsümdə serialda məşhur Memati obrazı iştirak etməsə də yeni aktyorların çəkilişlərə cəlb olunacağı bildirilib.
Anar Rüstəmov