Modern.az

Oğurluqla məşğul olan dəstə tutulub

Oğurluqla məşğul olan dəstə tutulub

24 İyul 2012, 15:03

Cari ilin iyun və iyul aylarında mağazalardan oğurluq etmiş 5 nəfər Salyan şəhər sakini tutulub. Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, Salyan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 22-də Nail Bədəlova məxsus mağazadan 1720 manat pul və 700 manat dəyərində danışıq kartları oğurlamış Salyan şəhər sakinləri Abış Ələkbərov, Şirin İsayev, Emil Nəsirov, Röyal Əmənov və Aqil Cəfərov tutulub.

Ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların iyulun 14-də Vaqif Burcalıyevə məxsus mağazadan 1900 manat pul və 1 ədəd kassa aparatı, iyulun 17-də Fuad Muradova məxsus mağazadan 450 manat pul və tütün məmulatı, eləcə də cari ilin iyun və iyul ayları ərzində Salyan şəhərinin ərazisində, şəhər sakinləri Əhmədov Zaur Həsənağa oğluna məxsus mağazadan 285 manat pul, Əliyev Qəhrəman Məhərrəm oğluna məxsus mağazadan 40 manat pul və tütün məmulatı, Nəsirov Vüqar Rəfayət oğluna məxsus mağazadan 80 manat pul və tütün məmulatı, Hüseynov Musa İsmayılpaşa oğluna məxsus mağazadan 500 manat pul, Qurbanov Alim Əlibala oğluna məxsus mağazadan ərzaq məhsulları və danışıq kartları oğurlamaları, habelə Cahangirov Cahangir Ağamirzə oğluna, Zərgərli Azər Ağakərim oğluna və Qurbanov Samit Aydın oğluna məxsus mağazalardan oğurluğa cəhd göstərmələri də müəyyən edilibdir.

Modern.az

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?