Bu gün Çempionlar Liqasının II təsnifat mərhələsinin oyunlarına yekun vurulacaq.
Azərbaycan təmsilçimiz "Neftçi" klubu səfərdə Gürcüstan çempionu "Zestafoni"nin qonağı olacaq.
İlk oyunda rəqibini 3:0 hesabı ilə məğlub edən "Neftçi" səfər matçına daha rahat çıxacaq. Təəssüf ki, “Zestafoni» - «Neftçi” matçı canlı yayımlanmayacaq. Bu haqda Qol.Az-a «Neftçi»nin vitse-prezidenti Tahir Süleymanov məlumat verib.
Onun sözlərinə görə, oyun nəinki Azərbaycan, heç Gürcüstan ərazisində də göstərilməyəcək: «Biz çox təəssüf edirik ki, «Zestafoni» klubu bu oyunun yayımında maraqlı deyil».
"Zestafoni" - "Neftçi" matçı bu axşam Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Qeyd edək ki, "Neftçi" "Zestafoni"ni keçəcəyi təqdirdə növbəti mərhələdə "İroni Kiryat" (İsrail) - "Jilina" (Slovakiya) (İlk oyun - 0:1) cütün qalibi ilə qarşılaşacaq.
Modern.az