Modern.az

Bakı Şəhəri üzrə Təhsil İdarəsinə yeni müdir təyin olundu - FOTO

Bakı Şəhəri üzrə Təhsil İdarəsinə yeni müdir təyin olundu - FOTO

Təhsil

14 Dekabr 2020, 17:25

Təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri vəzifəsinə təyin olunub. 

 

Modern.az xəbər verir ki, nazirin digər əmri ilə Mehriban Vəliyeva Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri təyin olunub.

 

Qeyd edək ki, Mehriban Vəliyeva Təhsil Nazirliyinin tabeliyindəki akademik Zərifə Əliyeva adına liseyin direktoru vəzifəsində çalışırdı.

 

 

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı