Modern.az

İradə Aşumova Olimpiadada 39-cu yeri tutub

İradə Aşumova Olimpiadada 39-cu yeri tutub

29 İyul 2012, 16:18

Bu gün azərbaycanlı güllə atıcısı İradə Aşumova London olimpiadasında çıxış edib. İ.Aşumovanın ilk hədəfdəki nəticəsi 96 xal olub. İkinci hədəfdə o, 93 xal əldə edə bilib. Üçüncü hədəfdəki göstərici bir qədər də zəif alınıb - 90. Və nəhayət dördüncü hədəfdəki nəticə 93 xal olub. Ümumilikdə isə, İradə Aşumova 372 xal qazanıb. Bu isə təmsilçimizi ümumi hesabda 39-cu edib. Amma bu nəticə idmançımızın final mərhələsinə çıxmasına şərait yaratmayıb. Çünki növbəti mərhələyə ilk səkkiz pillənin sahibləri yüksəlib.
Modern.az  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?