Modern.az

Azərbaycan velosipedçisi də Olimpiadada yer tuta bilmədi

Azərbaycan velosipedçisi də Olimpiadada yer tuta bilmədi

29 İyul 2012, 20:10

London Olimpiadasında velosipedçi qızların qrup halında yürüşü keçirilib. 66 velosipedçi qız qrup halında yürüşdə çıxış edib. İdmanın bu növündə Azərbaycan da ilk dəfə təmsil olunub. Ölkəmizi Yelena Çalıx təmsil edib.

Təəssüf ki, 74.7 km-lik ilk hissənin tamamında Çalıx 66 idmançı arasında yalnız 62-ci ola bilib (2:09:54). Növbəti sıralama barədə rəsmi açıqlama yalnız 90.3 km məsafə qət olunanda açıqlanıb. Amma bu məsafəni tam qət etməmiş Çalıx mübarizəni dayandırmalı olub.

Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?