Modern.az

QHT Şurasının dəstəyi ilə Qarabağ haqda kitab çap edilib

QHT Şurasının dəstəyi ilə Qarabağ haqda kitab çap edilib

30 İyul 2012, 15:52

Bu günlərdə “Lider Qadınlar” İctimai Birliyi tərəfindən `` İnsan Hekayələri: Qarabağın Uşaqları`` adlı  kitab nəşr edilib. Təşkilatdan Modern.az-a verilən məlumata görə, kitabda Azərbaycanın işğal olunmuş rayonlarından olan qaçqın və məcburi  köçkün məktəbli uşaqların müsabiqə yolu ilə seçilmiş “Qarabağ Nəğmələri”  adlı xatirələri əks olunub. Bundan əlavə kitabda Qarabağın işğalı zamanı erməni  vandalizminin nəticələri də verilib.

 İngilis dilində çap olunan kitab Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə  çatdırılmasında  mühüm təbliğat  vasitəsi olacaqdır.

Qeyd edək ki, kitab Azərbaycan Respublikasının  Prezidenti  yanında  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının  maliyə dəstəyi ilə  hazırlanıb.

 Xatırladaq ki, bu kitab Qarabağ mövzusunda   “Lider Qadınlar” İctimai Birliyi tərəfindən işıq üzü görən dördüncü kitabdır. Sonuncu kitab “Qarabağ Müharibəsi  Azərbaycan Qadınlarının Mühakiməsində``  adlı kitabdır.

Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!