Modern.az

IV qrup üzrə 2 abituriyent 700 bal toplayıb

IV qrup üzrə 2 abituriyent 700 bal toplayıb

Təhsil

30 İyul 2012, 17:54

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2012/2013-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə  IV ixtisas qrupu üzrə iyulun 27-də keçirilmiş qəbul imtahanının nəticələri açıqlayıb. Qurumun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, test imtahanının nəticəsinə əsasən 2973 abituriyent (xüsusi qabiliyyət tələb edən və aqrar ixtisaslar üzrə müsabiqə iştirakçıları istisna olmaqla) müsabiqədə iştirak etmək hüququ qazanıb. 2  nəfər maksimal nəticə-700 bal toplayıb. 

IV ixtisas qrupu üzrə imtahanda iştirak etmək üçün sənəd vermiş 15408 abituriyentlərdən 1010 nəfəri imtahanda iştirak etməyib. 

İmtahanda iştirak edən abituriyentlərdən 31 nəfəri qaydalara zidd hərəkətlərə yol verdiklərinə görə mtahandan xaric olunmuş və nəticələri ləğv edilib.

İxtisas seçimi avqustun 7-dən 16-dək internet vasitəsilə aparılacaq. Qəbul aparılan ixtisasların siyahısı isə “Abituriyent” jurnalının 3-cü sayında dərc olunub. 

IV  ixtisas qrupu üzrə ixtisas seçimində aşağıdakı müsabiqə şərtlərini ödəmiş abituriyentlər iştirak edə bilərlər:

Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla 7727  nömrəsinə iş nömrələrini göndərməklə öyrənə bilərlər.  Test imtahanlarının nəticələri TQDK-nın rəsmi saytında yerləşdiriləcək.

Anar RÜSTƏMOV

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!