Modern.az

Əsədi daha 3 silahdaşı tərk etdi

Əsədi daha 3 silahdaşı tərk etdi

30 İyul 2012, 21:19

Suriya prezidenti Bəşər Əsədin daha bir neçə silahdaşı onu tərk edərək müxalifət tərəfinə keçib. Modern.az-ın türk mətbuatına istinadən verdiyi məlumata görə, Əsədə yaxın olan Suriya Ordusunun iki generalı rejimdən imtina edərək müxalifət cəhbəsinə keçib. Əsədin ən yaxın adamlarının, xüsusən də orduda yüksək  rütbəli zabitlərin bir zamanlar dəstəklədiyi prezidentə qarşı çıxaraq müxalif qüvvələr qoşulması əsgəri heyəti arasında çaxnaşmaya səbəb olub. Hazırda orduda pərakəndəliyin olduğu, bir çox zabitlərin isə ölkədən qaçdığı bildirilib.

Həmçinin Suriyanın Böyük Britaniyadakı səfiri də Əsədə qarşı çıxaraq istefa verib. Son günlər ölkəsində yaşanan qanlı olaylara etiraz edən səfir Maslahatgüzarı Halid əl-Eyyubi Əsəd rejiminin cinayətkar olduğunu açıqlayaraq budan sonra müxalifətə dəstək verəcəyini bildirib.

Qeyd edək ki, müxalifət bu gün Hələb şəhərini və Türkiyə ilə sərhəd məntəqələri ələ keçirdərək mübarizəni davam etdirir. Hazırda Suriyada vəziyyət kritik olaraq qalır.

Anar RÜSTƏMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!