Modern.az

Yol Patrul Xidməti harada istədi maşın saxlaya bilərmi?

Yol Patrul Xidməti harada istədi maşın saxlaya bilərmi?

31 İyul 2012, 14:33

Yol Polisi rəsmisi: “Əməkdaşların bu hərəkət yanlışdır”

Polis haqqında qanunda (maddə 20) qeyd edilir ki, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində polis əməkdaşının müstəsna hüquqları var. Amma bəzən elə olur ki, Yol Patrul Xidməti (YPX) müfəttişlərinin özləri yol hərəkətinin təhlükəsizliyinə zəmanət yaratmaq əvəzinə, təhlükəli vəziyyət yaradırlar. Bu hal daha çox Zığ-Hövsan şosesində müşahidə edilir. Həmin yolda yerləşən sərt döngədə çox vaxt YPX avtomobilinin saxlanmasına rast gəlmək olar. Hər hansı bir sürücü bir qədər avtomobili sürətli edərsə, döngəni dönən zaman YPX avtomobili ilə toqquşa bilər.

Patrul növbətçilərinin bu hərəkəti düzgündürmü? Onlar idarə etdikləri avtomobilləri harada gəldi saxlaya bilərlərmi?
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Modern.az-a açıqlamasında bildirib ki, YPX əməkdaşları yalnız təhlükəsizliyi təmin etmək şərti ilə “Yol hərəkəti haqqında” Qanunun tələblərindən kənara çıxa bilərlər.

“Amma istənilən yerdə onlar nəqliyyat vasitəsini saxlayırlarsa, mütləq həmin ərazinin təhlükəsizliyini təmin etməlidirlər. Sözsüz ki, onlar təhlükəli yerlərdə nəqliyyat vasitəsinin saxlamalı deyillər. Eləcə də digər nəqliyyat vasitələrinin də saxlanmasını tələb etmək olmaz. Doğurdan da YPX əməkdaşları  həmin ərazidə nəqliyyatın hərəkəti üçün təhlükə yarada və yaxud da hər hansı bir nəqliyyat hadisəsinin baş verməsinə səbəb ola bilərsə, əlbəttə, bu hərəkət yanlışdır”.

Anar Kəlbiyev
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?