Bakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada güclü yanğın olub. Modern.az-ın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu ərazisində qaçqın və məcburi köçkünlərin yaşadığı 5 mərtəbəli binada qeydə alınıb.
İlkin məlumatlara görə, yanğın binanın 4-cü mərtəbəsindən başlayıb. Hazırda əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olublar. Sakinlər arasında xəsarət alanların olmadığı bildirilir. Yanğın artıq tamamilə söndürülüb.
Modern.az