
İsti yay günlərində istirahətini yüksək komfort və dəbdəbə ilə keçirmək istəyənlərə İnfiniti Azərbaycandan sərfəli yay fürsətləri təklif olunur. Regionun Ən VİP Avtomobil Qalereyası olan - İnfiniti Satış Mərkəzində İnfiniti model sırasının ən lüks modelləri müştərilərini gözləyir. Bura İnfiniti QX SUV modeli, FX və EX lüks krossoverləri, idman üslublu G və biznes sinfinin layiqli nümayəndəsi M seriyası aiddir. Lüks seqmentə aid olan bu avtomobillərin idarəedilməsi hər bir müştəriyə təkrarolunmaz zövq və əsl drayv hissi yaşadacaq. İnfiniti model sırasının müxtəlifliyi sayəsində isə hər bir müştəri öz zövqünə uyğun avtomobil seçə biləcək.
Lüks brend həvəskarlarına İnfiniti model sırasının bütün avtomobilləri sərfəli qiymətlərlə təklif olunur. İnfiniti Avtomobil Qalereyasının lüks brendin satışı üzrə xüsusi təlimlər keçmiş ixtisaslaşmiş satış heyəti isə müştərin hər bir model üzrə suallarını peşəkarcasına cavablandıracaq və hər bir təchizata uyğun doğru seçim üçün yardım edəcəkdir. Bundan əlavə hər bi müştəri İnfiniti avtomobillərinin təkrarsız komfortunu hiss etmək üçün test-drive vasitəsilə istədiyi modeli sınaqdan keçirə bilər. İnfiniti model sırasının avtomobilləri haqqında ətraflı məlumatı Regionun Ən VİP Avtomobil Qalereyası olan - İnfiniiti Satış Mərkəzindən,
www.infiniti-azerbaijan.com saytından, həmçinin
www.facebook.com/infinitiazerbaijan səhifəsindən əldə edə bilərsiniz.