Modern.az

Deputat: “Rusiya Qəbələ RLS-dən əl çəkmək niyyətində deyil”

Deputat: “Rusiya Qəbələ RLS-dən əl çəkmək niyyətində deyil”

1 Avqust 2012, 17:01

Son vaxtlar Rusiya mətbuatında Azərbaycan tərəfi ilə razılaşdırılmayan Qəbələ Radiolokasiya Stansiyası (RLS) ilə bağlı müxtəlif məlumatlar yayılıb. Hətta, bildirilib ki, Rusiya Müdafiə Nazirliyi stansiyada qulluq edən hərbçilərin vətənə geri qayıtması haqda göstəriş verib. Həmçinin rus zabit heyətinin stansiyanı tərk edərək ölkələrinə geri qayıtması haqda deyilənlər bu istiqamətdə münasibətlərin gərgin olmasından xəbər verir.

Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Aydın Mirzəzadə məsələ ilə bağlı Modern.az-a münasibət bildirib. Millət vəkili Rusiya mətbuatında gedən məlumatların həqiqətə uyğun olmadığını deyib.

“Bu gün Rusiya ilə Azərbaycan arasında stansiyanın gələcək taleyi ilə bağlı geniş müzakirələr gedir. Hələ ki, görüşlər konstruktiv davam edir. Mən hesab edirəm ki, tərəflər ümumi razılığa gələcəklər. Rusiya mətbuatında bununla bağlı gedən yazılara gəldikdə isə düşünürəm ki, bu yazılara şərh verməyə ehtiyac yoxdur. Sadəcə olaraq məsələ aktual olduğuna görə, Rusiya mətbuatı zaman-zaman bu məsələyə qayıdır. Deyilənlər təbii ki, rəsmi mövqe deyil. Bunu mətbuat yazır. Rusiya Qəbələ RLS-i saxlamaqda maraqlıdır. Şühbəsiz ki, bu məsələlər müzakirə edildikdən sonra öz həllini tapacaq. Düşünürəm ki, mətbuatda yazılanları ciddi qəbul etmək olmaz”, - deyə A.Mirzəzadə qeyd edib.

 Anar RÜSTƏMOV

 
Sizə yeni x var
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü