Modern.az

Azərbaycanlı şagird Olimpiadada qızıl medal qazanıb

Azərbaycanlı şagird Olimpiadada qızıl medal qazanıb

Təhsil

6 Avqust 2012, 11:25

Ötən ay ABŞ-ın Nyu York ştatında fizika üzrə Genius Olimpiadası keçirilib. Modern.az-ın məlumatına görə, Moldova Respublikasının Qaqauziya Muxtariyyatının Çadır Orizont Türk liseyinin şagirdləri də hər il olduğu kimi yarışmalara qatılıb.  Bu dəfə liseyin və Moldova Respublikasının tarixində ilk kərə olimpiadanın qızıl medalına Azərbaycan türkü Aydın Məmmədli layiq görülüb. 

Xatırladaq ki, atası əslən Azərbaycan, anası qaqauz Türkü olan Aydın Məmmədli 6-cı sinifə qədər Bakı Atatürk liseyində təhsil alıb. 2008-ci ildən isə Qaqauziya Muxtariyyatının Çadır Orizont Türk liseyində təhsilini davam etdirməkdədir.

Azərbaycanlı şagirdin bu uğuru yerli mətbuat tərəfindən işıqlandırılmış, Moldova rəhbər strukturları tərəfindən Aydına təşəkkürlər ünvanlanmışdır. Ayrıca qeyd etmək lazımdır ki, Aydın bu il Türkiyədə keçirilən Türk dili olimpiadasında Çadır liseyini layiqincə təmsil edib. Hazırda Aydın Məmmədli gələn ilin may ayında yenə də ABŞ-da keçiriləcək olimpiadaya hazırlaşmaqdadır.

 Modern.az


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü