Modern.az

Kəbirə Məmmədova “Azadlıq”ın yazarlarını məhkəməyə verib

Kəbirə Məmmədova “Azadlıq”ın yazarlarını məhkəməyə verib

Təhsil

6 Avqust 2012, 14:09

“Binə” ticarət mərkəzinin sahibi Kəbirə Məmmədova “Azadlıq” qəzetini və onun əməkdaşları Ramin Deko və daha bir müxbiri məhkəməyə verib. Modern.az-a bu haqda Ramin Deko xəbər verib. Onun verdiyi məlumata görə, bu barədə “Azadlıq”a Yasamal rayon məhkəməsindən göndərilən bildirişdə qeyd edilib.

Jurnalistin sözlərinə görə, bu ilin 7 iyul tarixində “Kəbirə Məmmədovanın “Eurovizyon əməliyyatı” və 8-9 iyul tarixində “Kəbirə Məmmədovanın yeni kupça əməliyyatı” başlıqlı məqalələrlə bağlı iddiaçı işgüzar nüfuzunu ləkələndiyini bildirir və buna görə də təkzib verilməsini istəyir. Bundan başqa, K. Məmmədova cavabdehlərin hər birinin 50 min manat cərimələnməsini, bu məbləğin Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən “Ruhi Əsəb Əlil Qocalar evi”nə köçürülməsini xahiş edib.

Sevinc İltifatqızı
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi