Modern.az xəbər verir ki, ABŞ-ın dünya şöhrətli West-Point Hərbi Akademiyasının ilk azərbaycanlı məzunu diplomunu alıb. Bu, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun qardaşı oglu Hüseyn Pənahovdur.
Qeyd edək ki, MSK sədrinin qardaşı oglu 2008-ci ildə ABŞ prezidenti adından aldığı təsdiqnamə ilə West-Point-ə daxil olan ilk azərbaycanlı tələbədir. 2012-ci ilin may ayında isə Hüseyn West-Point-u uğurla başa vuran 11 xarici kursantdan biridir.
West-Point-də təhsil aldığı müddətdə akademiyanın boks üzrə çempionu, beynəlxalq kursantlar klubunun rəhbəri olan gənc azərbaycanlı, həm də akademiyanın şahmat komandasının kapitanı olub.
Modern.az