Modern.az

Azərbaycanın daha bir boksçusu Olimpiadanın yarımfinalına çıxıb

Azərbaycanın daha bir boksçusu Olimpiadanın yarımfinalına çıxıb

7 Avqust 2012, 08:07

London Olimpiadasının boks yarışlarında 91 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan Azərbaycan idmançısı Məhəmmədrəsul Məcidov növbəti görüşünü keçirib.
M.Məcidov dörddəbir finalda Rusiya idmançısı Maqomed Omarov ilə qarşılaşıb. Rəqibini məğlub edən Azərbaycan boksçusu Olimpiya Oyunlarının yarımfinal mərhələsinə yüksəlib və eyni zamanda özü üçün ən azı bürünc medalı təmin edib.
Növbəti mərhələdə M.Məcidovun rəqibi Mohammed Arjaoui (Mərakeş) – Roberto Kammarelle (İtaliya) qarşılaşmasının qalibi olacaq.

Modern.az  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!