Modern.az

Paytaxta və rayonlara dərsliklər verilsə də, Naxçıvana göndərilməyib

Paytaxta və rayonlara dərsliklər verilsə də, Naxçıvana göndərilməyib

7 Avqust 2012, 09:46

Təhsil Nazirliyinin Dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı Modern.az-a açıqlamasında deyib ki, artıq 114 adda dərslik paytaxtın və rayonların təhsil şöbələrinə göndərilib.

Şöbə müdiri onu da bildirib ki, yalnız Naxçıvan Muxtar Respublikasına dərsliklər göndərilməyib. Nazirlik rəsmisinin dediyinə görə, Muxtar Respublikanın orta məktəblərinə dərsliklər bu ayın 11-də göndəriləcək:  
“Rayonlara dərsliklər paylanılıb. Bir tək Naxcıvanın orta məktəbləri qalıb. Onlar da yaxın vaxtlarda göndəriləcək. Artıq 1-5-ci sinif dərslikləri çapa göndərilib. Həmin dərsliklər bu ayın 20-25–də hazır olacaq”.  

Gürcüstandan isə sifariş gözləyən nazirlik həmin bölgəyə heç bir dərslik göndərməyib. F.Şahbazlının dediyinə görə, Gürcüstandan hələ heç bir sifariş gəlməyib. Ona görə də ora heç bir dərs vəsaiti göndərilməyib:  
“Gürcüstana yalnız Azərbaycan dili və ədəbiyyatı dərslikləri göndərilir. Amma  hələ ki ordan sifariş gözləyirik. Sifariş gələndən sonra bu məsələ də həll olunacaq”. 

Gültəkin Ələsgər    
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!