Bu gün səhər saatlarında vəfat edən Milli Məclisin mərhum eks-spikeri Murtuz Ələsgərovla vida mərasimi sabah keçiriləcək. Modern.az-ın məlumatına görə, mərhumla vida mərasimi sabah saat 17:00-da baş tutacaq. Hələlik mərasimin harada keçirilməsi dəqiq bilinmir.
Murtuz Ələsgərovun cənazəsi bir neçə saat öncə Təzə Pir məscidinə aparılıb. Hazırda mərhumla vidalaşmaq üçün daxili işlər naziri Ramil Usubov, deputatlar Eldar İbrahimov, Siyavuş Novruzov və digər rəsmi şəxslərin Təzə Pir məscidində olduğu bildirilir.
Anar Kəlbiyev