Modern.az

Akademiklərin və müxbir üzvlərin seçimi təxirə salındı

Akademiklərin və müxbir üzvlərin seçimi təxirə salındı

Təhsil

7 Avqust 2012, 12:50

AMEA rəsmisi: “Namizədlərin seçilməsi prosesinə payızda baxılacaq”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi (akademik) və müxbir üzvlərinin vakant yerlərinə sənədlərini verən namizədlərin seçilməsi prosesinə payızda baxılacaq. Bu barədə Modern.az-a AMEA-nın elmi informasiya şöbəsindən məlumat verilib. Qeyd edilib ki, işçilərin bəziləri elmi ezamiyyədə, bəziləri məzuniyyətdə olduğu üçün seçki günü tam dəqiqləşməyib. “Biz də gözləyirik, sentyabr ayına deyilir, amma bu tam dəqiq deyil. Yəqin ki, bu ayın sonu, sentyabrın əvvəli seçki günün vaxtı dəqiqləşəcək. Ümumiyyətlə, əvvəlcədən həqiqi və müxbir üzvlüyə namizədlərin seçiminin aparılması payızda planlaşdırılmışdı”.
Qeyd edək ki, AMEA-nın nizamnaməsinə, əsasən sənədlər qəbul ediləndən 3 ay sonra səsvermə keçirilir və vakant yerlərə namizədlər təsdiqlənir. May ayında AMEA-nın ayrı-ayrı bölmələri üzrə namizədlərin dindirilməsi prosesi olub. Bundan sonra isə həqiqi (akademik) və müxbir üzvlüyə namizədliyini irəli sürən şəxslərin şəxsi işlərinə baxılıb seçki keçirilir.
AMEA-nın həqiqi (akademik) və müxbir üzvlüyünə 255 nəfər - 10 həqiqi üzv vakant yerinə 34 nəfər, 30 müxbir üzv vakant yerinə isə 221 nəfər öz namizədliyini irəli sürüb.
Aytən Əliyeva
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi