Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, avqustun 8-də
Bakıda və Abşeron yarımadasında 36-38, yarımadanın bəzi yerlərində 40, aran rayonlarında və Naxçıvan MR-da 35-39, bəzi yerlərdə 41, dağlıq rayonlarda 25-30 dərəcə isti təşkil edəcək.Bakıda və Abşeron yarımadasında avqustun 8-də hava şəraitinin az buludlu, yağmursuz olacağı gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 22-27, gündüz 36-38, yarımadanın bəzi yerlərində isə 40 dərəcə isti olacağı gözlənilir.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zağulbada 26-27, Buzovna, Mərdəkan, Şüvəlanda 27-28, Türkan, Hövsan, Sahil, Şıxda 29-30 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında avqustun 08-də hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havan;n temperaturunun gecə 21-26, gündüz 36-39, bəzi yerlərdə 41,dağlarda gecə 13-18, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.
Modern.az